17 Noyabr 2019
16 Noyabr 2019
Akif Əlizadə istefa verməsindən danışdı: "Mənim də ərizəm..."
Akif Əlizadə istefa verməsindən danışdı:"Mənim də ərizəm..." CƏMİYYƏT 09:54 2019-10-23

"İstefa ərizəmi təqdim etməyimlə bağlı xəbər doğrudur". 

Unikal.org xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.

O qeyd edib ki, səhhəti ilə əlaqədar istefa vermək qərarına gəlib: "Bu gün saat 11:00-da Rəyasət Heyətində AMEA-nın Ümumi yığıncağı keçiriləcək və Akademiyaya yeni prezident seçkiləri baş tutacaq. Güman edirəm ki, mənim də ərizəm qəbul olunacaq". 

Qeyd edək ki, A. Əlizadə ötən il AMEA-nın ümumi yığıncağında qurumun prezidenti seçilib.