18 Noyabr 2019
Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçdi
Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçdi SİYASƏT 10:25 2019-10-23

Qoşulama Hərəkatına sədrlik Azərbaycana keçib.

Unikal.org-un məlumatına görə, Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin Xarici İşlər nazirlərinin görüşündə təşkilata sədrlik Venesuelanın Xarici İşlər naziri Jorge Arreaza tərəfindən Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarova təqdim edilib.

Sədrliyin Azərbaycana təqdim edilməsinə görə təşəkkürünü bildirən E.Məmmədyarov qeyd edib ki, Azərbaycan təşkilata sədrliyi dövründə təşkilatın inkişaf etdirilməsi, üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi istiqamətində lazımi fəaliyyət həyata keçirəcək.