İngiltərənin yük avtomobilindən tapılanlar hər kəsi şoka salıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  ölkənin cənub-şəqrində Esseks qraflığında sənaye parkı ərazisindəki yük avtomobilindən 39 meyit aşkarlanıb. 

Avtomobilin Şimali İrlandiyadan olan 25 yaşlı sürücüsü saxlanılıb.

Xəbərdə bildirilir ki, meyitlərin aşkarlandığı yük maşını oktyabrın 19-da Bolqarıstandan Britaniyaya gəlib.