14 Noyabr 2019
13 Noyabr 2019
Bakıda ana 8 aylıq körpəsini "Şıxov" çimərliyində quma basdırdı - ŞOK HADİSƏ
Bakıda ana 8 aylıq körpəsini "Şıxov" çimərliyində quma basdırdı -ŞOK HADİSƏ KRİMİNAL 14:14 2019-10-23

Space Tv-də Amil Xəlilin "Gəl dərdini danış" verilişində biraz əvvəl maraqlı anlar yaşanıb.

Unikal.org xəbər verir ki, verilişə müraciət edən Pərvanə adlı qadın bildirib ki, 8 aylıq körpəsini itirib. Gedişatda xanım müəyyən etirafları edib. O , bildirib ki, uşağı 8 aylıq olanda "Şıxov" çimərliyində quma basdırıb. Daha sonra çay almaq adı ilə sahildən kənarlaşan ana qayıdandan sonra uşağını tapa bilməyib. Amil Xəlilin "8 aylıq uşağı niyə quma basdırdın?" sualına Pərvanə özünəməxsus şəkildə cavab verib. 

Qeyd edək ki, verilişin sonuna yaxın uşağın hazırda sağ olması və hansı bölgədə olması barəsində məlumatlar daxil olub.

Xatırladaq ki, "Gəl dərdini danış" həftə içi hər gün saat 12:20-də Space Tv-də yayımlanıb.