22 Noyabr 2019
21 Noyabr 2019
Rövzət Qasımov MSK sədrinin müavini seçildi
Rövzət Qasımov MSK sədrinin müavini seçildi CƏMİYYƏT 16:16 2019-10-23

Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü təyin edilən Rövzət Qasımov MSK sədrinin müavini seçilib.

Unikal.org xəbər verir ki, qərar MSK-nın bu gün keçirilən iclasında qəbul olunub.

İclasda Rövzət Qasımovun MSK sədrinin müavini seçilməsi təklif olunub. Müzakirələrdən sonra təklif komissiyanın yekdil qərarı qəbul edilib.

Xatırladaq ki, R.Qasımov 21 ildir MSK-da çalışır. 1998-2011-ci illərdə Beynəlxalq əlaqələr şöbəsinin, 2011-ci ildən isə MSK Katibliyinin müdiri olub. Onun MSK-nın beynəlxalq əlaqələrinin qurulmasında müstəsna xidmətləri var.