İspaniya La Liqasının 10-cu turundan təxirə salınan “Barselona” – “Real” oyununun keçiriləcəyi tarix məlum olub.

Unikal.org İspaniya mətbuatına istinadən xəbər verir ki, mövsümün ilk “el klasiko”su dekabrın 18-də keçiriləcək. İspaniya Futbol Federasiyası oyunun dekabrın 4-də keçirilməsini istəsə də, sonda klubların təklifi ilə razılaşıb.

Oktyabrın 26-da keçirilməli olan “Barselona” – “Real” oyunu Kataloniyada davam edən etiraz aksiyaları səbəbiylə təxirə salınacaq.