22 Noyabr 2019
21 Noyabr 2019
Niyam Aqşini hədələdi: "Səni insanlıqdan çıxararam"
Niyam Aqşini hədələdi:"Səni insanlıqdan çıxararam" MƏDƏNİYYƏT-ŞOU 18:39 2019-10-23

Müğənni Niyam Salami "Maşın" şouda qalmaqal yaşadığı meyxanaçı Aqşin Fatehə xəbərdarlıq edib.

Unikal.org xəbər verir ki, ifaçı "Ən yaxşısı" verilişində meyxanaçının onun arxasınca danışdığını bildirib. Niyam Aqşini hədələyib:

"Şouya gedəndə bir Fatma Mahmudova, Aqşin Fateh, bir də Rəqsanənin qızı Aysunun xasiyyətini bilmirdim. Qalan hamı necə idisə, elə idi.

Aqşindən xahiş edirəm, oyun bitdi. Onu real həyata çevirməyin. İnsanın şəxsi ailəsinə girməyin. Kimin sözü varsa, çağırın qarşıma otursun, mənlə üzbəüz danışsın. Gedib kiməsə danışacaqsa, onu insanlıqdan çıxararam. Zəng et, gördün mədəniyyətsizlik edirəm, çıx efirə de sözünü. Mənə deməmiş, çıxırsan efirdə danışırsan. Hərəsinin evində bir zurna var, çalsan, müxtəlif səslər gəlir.

Efir mədəniyyəti var, qatmayın başqa işləri. "Maşın şou bitdi, həyatınızı yaşayın".