15 Noyabr 2019
14 Noyabr 2019
Millimiz Moldovaya qalib gəldi
Millimiz Moldovaya qalib gəldi İDMAN 18:54 2019-10-23

Moldovada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Unikal.org xəbər verir ki, Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan futbolçularımız 2:0 hesablı qələbə qazanıb. Qolları Amin Qarayev və Ayxan Süleymanlı vurub.

Qeyd edək ki, oktyabrın 25-də bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək.