Azərbaycan milli komandasının və "Qarabağ" klubunun sabiq futbolçusu Vüqar Nadirov "Baku Sporting" klubuna rəhbər təyin edilib.

Unikal.org  xəbər verir ki, V.Nadirov klubun İdman Direktoru vəzifəsini icra edəcək. Bu gün onunla rəsmi müqavilə bağlanılıb.