19 Noyabr 2019
18 Noyabr 2019
NATO-dan çağırış: Ukraynaya hərbi yardımı artırın
NATO-dan çağırış:Ukraynaya hərbi yardımı artırın DÜNYA 23:31 2019-10-23

NATO-ya üzv dövlətlər Ukraynaya hərbi yardımları artırmalıdır.

Unikal.org  xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

Minsk sazişinin icrasında irəliləyişlərin olduğunu, xüsusən saxlanılanların dəyişdirildiyini vurğulayan Y.Stoltenberq NATO nümayəndələrinin Ukraynaya səfərindən danışaraq deyib: “Bir neçə gündən sonra NATO nümayəndələri Prezident Zelenski və hökumətindən məlumat almaq üçün Kiyevə və Odessaya gedəcəklər. NATO-nun Ukraynaya necə dəstək verəcəyi barədə fikir mübadiləsi aparacağıq. Bu gün Ukrayna üçün daha çox nə edə biləcəyimizi düşünürük”.

NATO nümayəndələri oktyabrın 30-31-də Ukraynaya səfər edəcək, Odessada və Kiyevdə bir sıra görüşlər keçirəcəklər.