Xəbər verdiyimiz kimi, Bu gün Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçiriləcək. " Qarabağ"  doğma meydanda Kiprin APOEL klubunu qəbul edəcək. 

Artıq “Qarabağ”lılar  APOEL-lə keçiriləcək oyuna hazırlaşıb. 

Unikal.org xəbər verir ki, matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun tribunalarına 30 min Azərbaycan bayrağı düzülüb. Bayraqlar 60x40 ölçüsündədir.

Qeyd edək ki, qarşılaşma saat 20:55-də start götürəcək.