Hacıqabul rayonunun Qarağac kənd sakini E.Nəsirovdan müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Hacıqabul RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qarağac kənd sakini E.Nəsirovdan müvafiq sənədləri olmayan "İJ-52" markalı ov tüfəngi aşkar edilərək götürülüb.