Türk əsilli model  Elif Aksu"Real"ın futbolçusu Viniçius Juniorla sevgili olduğu Çempionlar Liqasında keçirilən "Qalatasaray" - "Real" oyunundan sonra üzə çıxıb.  

Unikal.org xəbər verir ki, Elif Aksu İstanbula gələrək qarşılaşmanı "Türk Telekom Arena"da canlı izləyib. Matçın 79-cu dəqiqəsində Viniçius Junior meydana çıxarkən "Instagram" hesabının hekayə bölməsindən onun fotosunu paylaşan model "İrəli" yazıb.

Futbolçu isə oyundan sonra onun paylaşımını bəyənərək, ürək işarısi qoyub. 

Qeyd edək ki, Elif Aksunun adı ulduz futbolçu Neymarla da hallanırdı. Belə ki, futbolçunun doğum günü partisində cütlüyün birlikdə çəkilmiş fotosu sosial şəbəkədə paylaşılmışdı.