Prezident İlham Əliyevin son günlər həyata keçirdiyi kadr islahatlarından sonra hər kəsi bir sual maraqlandırır. 

Gələn il Azərbaycanda keçiriləcək parlament seçkilərində yaşlı namizədlər iştirak edəcəklərmi?

YAP-ın İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə Unikal.org-a açıqlamasında bildirib ki, sözügedən seçkilərdə namizədin yaşı əsas götürülməyəcək:

"Yeni Azərbaycan Partiyasında gələn il keçiriləcək Parlament seçkilərinə kimlərin namizəd olacağı məsələsi müzakirə edilmir.  Milli Məclisə namizədlər seçilərkən onların yaşına önəm verilməyəcək. Əsas həmin şəxsin cəmiyyətdə nüfuzu, onun işləmək qabiliyyəti, onun deputat kimi qanunvericiliyə verəcəyi tövhə önəmli olacaq".

Zaurə Əmirova