Milli Müdafiə Naziri Hulusi Akar ABŞ Müdafiə Naziri Mark Esper ilə görüşüb.

Unikal.org Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Milli Müdafiə Naziri Akar, NATO Müdafiə Nazirləri Toplantısının ikinci günündə iştirak etmək üçün gəldiyi NATO Qərargahında ABŞ Müdafiə naziri Esper ilə görüşüb.

Müdafiə və təhlükəsizlik məsələlərinə, xüsusən də Suriyanın şərqində "Barış Baharı" əməliyyatına toxunan görüşdə digər məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb. 

İki nazir dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.