“Azərsu” abonentlər üçün yeni mobil tətbiq istifadəyə hazırlayıb.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat katibi Anar Cəbrayıllı paylaşıb. O qeyd edib ki, yeni mobil xidmət vasitəsilə yeniliklər, qəzalar, fasilələr və digər məlumatlar haqqında rahatlıqla məlumat əldə etmək mümkün olacaq. Bütün bu məlumatlar SMS vasitəsilə abonentlərin telefonuna göndəriləcək.

Qeyd edək ki, xidmətdən yararlanmaq üçün abonent kodu, mənzil sahibinin şəxsiyyət vəsiqəsinin FİN kodu və mobil telefon nömrəsini SMS, “Whatsapp”, yaxud “E-mail” vasitəsilə “Azərsu”ya təqdim etmək gərəklidir.