İraqın paytaxtında baş vermiş etirazlar zamanı ölənlərin sayı 30 nəfərə çatıb.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində daha 2312 insan xəsarət alıb.

BMT-nin İraqda insan haqları üzrə Ali Komissarlıq İdarəsinin yaydığı məlumata görə, buna qədər 21 nəfərin öldüyü, 1779 nəfərin isə xəsarət aldığı deyilirdi: "Təhlükəsizlik qüvvələri, partiya ofislərinin mühafizəçiləri və etirazçılar arasında baş vermiş qarşıdurmalar zamanı ölən nümayişçilərin sayı 30-a yüksəlib. Onlardan 8-i Bağdadda, 9-u Maysan əyalətində, 9-u Di-Kar əyalətində və daha biri Mutann bölgəsində ölüb”.