Bakıda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, oktyabrın 25-də Nəsimi rayon sakini, 1983-cü il təvəllüdlü Mənzərə Tarverdiyeva əri tərəfindən bıçaqlanıb. Qadın Kliniki Tibbi Mərkəzə çatdırılaraq, əməliyyat olunub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində arvadını bıçaqlayan Rafail Tarverdiyev saxlanılıb və o, M. Tarverdiyevaya bir dəfə bıçaqla xəsarət yetirməsini etiraf edib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanılıb.