20 Noyabr 2019
Ramin Quluzadə Kornel Feruta ilə görüşdü - Foto
Ramin Quluzadə Kornel Feruta ilə görüşdü -Foto İQTİSADİYYAT 14:26 2019-10-26

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak məqsədilə Bakıda səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru vəzifəsini icra edən Kornel Feruta arasında görüş keçirilib.

Unikal.org xəbər verir ki, görüş zamanı Azərbaycanla təşkilat arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri barədə danışılıb. Ölkəmizdə nüvə tədqiqatları sahəsində görülmüş işlər, kadr potensialının inkişafı, bu istiqamətdə birgə seminar və təlimlərin təşkili müzakirə edilib. 

Bildirilib ki, AEBA və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC arasında texniki əməkdaşlıq çərçivəsində bir sıra layihələr uğurla icra olunub. Mərkəz AEBA-nın kiçik modul reaktorlar, nüvə materialları və təhlükəsizlik üzrə regional layihələrində də fəal iştirak edir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru vəzifəsini icra edən Kornel Feruta Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduqlarını, bunun üçün geniş imkanların mövcudluğunu vurğulayıb.