“Yuventus” İtaliya A Seriyasının 9-cu turunda “Leççe” ilə qarşılaşacaq.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Turin təmsilçisi sözügedən qarşılaşmaya Kriştiano Ronaldosuz çıxacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Yuventus”un baş məşqçisi Mauritsio Sarri portuqaliyalı hücumçuya istirahət verərək, Ronaldonu “Leççe” ilə oyunun heyətinə salmayıb.

“Leççe” – “Yuventus” oyunu bu gün keçiriləcək və saat 17:00-da start götürəcək.