Azad Azərbaycan televiziyasının rəhbəri Azər Xəlilov Lider TV-nin xəbərlər departamentinin keçmiş rəhbərini yeni vəzifəyə təyin edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Anar Şükürov "Azad Azərbaycan" televiziyası "İnformasiya və ictimai-siyasi verilişlər" departamentinin direktoru vəzifəsinə təyinat alıb. O, bu təyinata qədər həmin televiziyanın “İctimai-siyasi" verilişlər redaksiyasının baş redaktoru vəzifəsində çalışıb.

Xəbəri Anar Şükürov Unikal.org-a təsdiqləyib.

Famil Fərhadoğlu