Bakıda döyülmə hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Lökbatan qəsəbəsində 1994-cü il təvəllüdlü Camalzadə Qurban İlham oğlu naməlum şəraitdə döyülüb. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona ağır kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.

Hadisə ilə bağlı polisə məlumat verilib.