21 Noyabr 2019
20 Noyabr 2019
"Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günə icra olunur" - İlham Əliyev
"Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günə icra olunur"- İlham Əliyev SİYASƏT 22:00 2019-10-26

"Pakistanın Azərbaycan ərazilərini işğal etdiyinə görə Ermənistanla diplomatik münasibətlər qurmaması faktı bizim xalqımız tərəfindən çox yüksək qiymətləndirilir".

Unikal.org xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşündə deyib.

Azərbaycanın Qoşulmama Hərəkatına sədr kimi namizədliyini dəstəklədiyinə görə Pakistan Prezidentinə bir daha təşəkkür edən Prezident İlham Əliyev deyib: 

 "Qarşıdakı üç il ərzində biz üzv ölkələr arasında həmrəyliyi gücləndirmək, onlar üçün həssas olan məsələlərin həlli məqsədilə əlimizdən gələni etməyə çalışacağıq. Biz, əlbəttə ki, beynəlxalq hüquq, ədalət və Bandunq prinsiplərini dəstəkləyəcəyik. Bunlar bizim prinsiplərlə, yəni, ərazi bütövlüyü, müstəqilik, suverenlik, bir-birinin işlərinə qarışmama ilə üst-üstə düşür. Bunlar Azərbaycanın beynəlxalq arenada müdafiə etdiyi bütün əsas prinsiplərdir. Hesab edirəm ki, siyasətimizin önəmli elementlərindən biri də beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icra edilməməsi məsələsinin həllinə çalışmaq olacaq".

Prezident Arif Alvi: Birləşmiş Millətlər Təşkilatı kimi...

Prezident İlham Əliyev: Bəli, Birləşmiş Millətlər Təşkilatı kimi. Bizim timsalımızda söhbət erməni qoşunlarının qeyd-şərtsiz olaraq və dərhal ərazilərimizdən çıxarılmasını tələb edən dörd qətnamədən gedir.

Lakin onlar icra olunmur. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günə icra olunur.

Prezident Arif Alvi: Qoşulmama Hərəkatı burada böyük rol oynaya bilər.

Prezident İlham Əliyev: Biz əlbəttə ki, bunu edəcəyik. Biz ikili standartlara qarşı mübarizə aparacağıq. Fürsətdən istifadə edərək, cənab Prezident, mən hökumətinizə, qardaş Pakistan xalqına Dağlıq Qarabağ məsələsində Azərbaycana davamlı dəstək göstərdiyinə görə minnətdarlığımı bildirmək istəyirəm. Pakistanın Azərbaycan ərazilərini işğal etdiyinə görə Ermənistanla diplomatik münasibətlər qurmaması faktı bizim xalqımız tərəfindən çox yüksək qiymətləndirilir.