Balakən rayonunda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Nəcəfəli Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Unikal.org teleqraf.com-a istinadən verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı noyabrın 8-nə təyin olunub.

Balakən rayonun Mahamalar kəndində 66 yaşlı Nəcəfəli Xəlilov həyat yoldaşı 59 yaşlı Şahnaz Xəlilovanı boğaraq öldürüb.

Hadisə ailə münaqişəsi zəminində baş verib.

İstintaq orqanı tərəfindən Nəcəfəli Xəlilovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.