Suriyada Türkiyə ordusunun bir hərbçisi şəhid olub.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rəsulayn bölgəsində terrorçuların açdığı atəş nəticəsində bir əsgər şəhid olub, beş hərbçi isə yaralanıb.