İnternetdə İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin məhv edildiyi ərazinin görüntüləri yayımlanıb.

Unikal.org xəbər verir ki, videonu türkiyəli jurnalist Rəcəb Soylu özünün "Twitter" sosial şəbəkəsindəki mikrobloqunda paylaşıb.

İddia olunub ki, videoda terrorçunun məhv edildiyi ərazi nümayiş olunur.

Qeyd edək ki, ABŞ-ın silahlı qüvvələri Suriyada İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadini zərərsizləşdirib.