Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Baş Naziri Angela Merkel arasında telefon danışığı olub.

Unikal.org-un xəbərinə görə, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

R. T. Ərdoğan və A. Merkel Suriyanın şimal-şərqindəki durum və ikitərəfli əlaqələr barədə müzakirə aparıblar.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Suriyanın şimalında "Barış bulağı" əməliyyatına başlayıb. Türkiyə ABŞ-la əldə edilən razılaşmaya uyğun olaraq əməliyyata 120 saat ara verib və bu müddətdə terrorçular Tel-Abyad və Rəsulayn bölgələrini tamamilə tərk edib. Oktyabrın 22-də Soçidə Türkiyə və Rusiya arasında əldə edilən razılaşmaya əsasən, YPG/PYD terrorçuları Suriyanın şimalındakı digər bölgələrdə də Türkiyə sərhədindən 32 km geri çəkilməli, 32 km-lik zolaqdan kənarda yerləşən Menbiç və Tel-Rıfat bölgələrini tamamilə tərk etməlidirilər.