Böyrək çatışmazlığından əziyyət çəkən karate üzrə Avropa çempionu, tanınmış idmançı Ayxan Mamayev müalicə üçün Türkiyəyə aparılıb.

Unikal.org xəbər verir ki, bu barədə azərbaycanlı karateçi özü sosial şəbəkə hesabında paylaşım edib.

“Hər kəsə cavab yaza bilmirəm. Dəstəyiniz, maraqlandığınız üçün çox sağ olun. Türkiyədəyəm. Düzələcəyəm, inşallah. Dua edin" , - deyə idmançı ona dəstək olanlara təşəkkür edib.