İngiltərə Premyer Liqasında 10-cu turun növbəti oyunu keçirilib.

Unikal.org xəbər verir ki, lider “Liverpul” öz meydanında “Tottenhem” klubunu qəbul edib. “Enfild” stadionunda oynanılan matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbədən sonra xallarının sayını 28-ə çatdıran “Liverpul” turnir cədvəlində liderliyi möhkəmləndirib, “Tottenhem” isə 12 xalla 11-ci yerdə qərarlaşıb.