İŞİD terror qruplaşması Hacı Abdullah əl-Afari kimi tanınan Abdullah Qardaşı Suriyanın İdlib əyalətində ABŞ Silahlı Qüvvələrinin əməliyyatı nəticəsində öldürülən Əbu Bəkr əl-Bağdadinin əvəzinə yeni lider seçib.

Unikal.org Newsweek portalına istinadla xəbər verir ki, Əbu Bəkr əl-Bağdadi hələ 2019-cu ilin avqustunda Abdullah Qardaşı özünün varisi təyin etmişdi. Qruplaşmanın yeni lideri haqda çox az məlumat var, onun Səddam Hüseynin hakimiyyəti dövründə İraq ordusunda zabit kimi xidmət etdiyi bildirilir.

Xatırladaq ki, oktyabrın 27-də ABŞ Prezidenti Donald Tramp xüsusi təyinatlı qüvvələrin İdlib əyalətində keçirdiyi əməliyyat nəticəsində İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin öldürüldüyünü təsdiqləyib. Əməliyyat nəticəsində, həmçinin qruplaşmanın mətbuat-katibi Əbu-əl-Həsən əl-Mühacir də öldürülüb.