PSJ-nin ulduz oyunçusu Neymar yenə qalmaqalla gündəmə gəlib.  

Unikal.org xarici ki, braziliyalı futbolçunun yaxın dostunun sevgilisini əlindən aldığı və onunla münasibətdə olduğu iddia edilir.

Belə ki, kolumbiyalı müğənni Maluma ilə amerikalı Natalia Barulixin iki illik münasibətlərinə ötən yay son qoyub. İddiaya görə, cütlüyün ayrılma qərarı almasına səbəb Malumanın dostu Neymar olub.

Futbolçu ilə model tez-tez bir yerdə görünüb. Sentyabrın sonlarında Parisdə keçirilən moda həftəsinə qatılan Natalia Neymarla şəkilini paylaşıb. Bundan sonra modellə müğənninin münasibətləri pisləşib və onlar mübahisəli şəkildə ayrılıblar.