17 Noyabr 2019
16 Noyabr 2019
Azərbaycanda Büdcə Məlumat İdarəetmə Sistemi yaradılır
Azərbaycanda Büdcə Məlumat İdarəetmə Sistemi yaradılır İQTİSADİYYAT 17:02 2019-10-28

Maliyyə Nazirliyi dövlət və icmal büdcələrinin tərtib edilməsində tətbiq olunacaq avtomatlaşdırılmış Büdcə Məlumat İdarəetmə Sistemi üzrə proqram təminatının və fiskal çərçivə ilə bağlı sənədlərin hazırlanması üçün Asiya İnkişaf Bankının maliyyə dəstəyi (qrant şəklində) ilə “PwC” audit şirkətini əməkdaşlığa cəlb edib.

Unikal.org xəbər verir ki, bu barədə Nazirliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, PwC proqram təminatı ilə bağlı mütəxəssis şirkətlərin təcrübəsini və bir sıra ölkələrdə oxşar sistemin təqbiqi ilə bağlı məlumatları öyrənərək büdcə prosesinin avtomatlaşdırılması üzrə texniki tapşırıq və funksional tələblər sənədi hazırlayıb, “Dövlət satınalmaları haqqında” qanuna əsasən satınalma prosedurlarına başlanılıb, satınalmalar portalında (www.tender.gov.az saytında) tender elanı yerləşdirilib.