Bakıda itkin düşmüş gənc qız tapılıb.

Unikal.org-un xəbərinə görə, hadisə oktyabrın 24-də Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib.

Belə ki, 2002-ci il təvəllüdlü D.Mehtiyeva yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra onun yaxınları hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət edib.

Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində D.Mehtiyeva tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.