Şəki rayonunda 68 yaşlı kişinin meyiti hamamda tapılıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Şəki şəhəri, Mirzə Fətəli Axundov küçəsi, ev 143 ünvanında qeydə alınıb. 

Belə ki, 1951-ci il təvəllüdlü Rasim Məmmədəli oğlu Ələkbərovun yaşadığı evin hamamında meyiti tapılıb. Mərhumun meyitini həyat yoldaşı aşkar edib. Onun infarkt keçirərək öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.