"Real" qışda heyətinə yeni futbolçu cəlb etməyəcək.

Unikal.org İspaniya mətbuatına istinadən xəbər verir ki, klubun prezidenti Florentino Peres bu qərarı verib. O, komandanın məşqçi heyətinin hesabatlarına əsasən, komandada yeni oyunçuya ehtiyac duyulmadığını hesab edir. Bundan başqa, klub rəhbəri baş məşqçi Zinəddin Zidana yayda gerçəkləşdirdiyi transferlərin özünü sübut etməsi üçün vaxt vermək istəyir.

Qeyd edək ki, "Real" yayda transferlərə 300 milyon avrodan çox pul xərcləyib.