Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan Unikal.org-a verilən məlumata görə, gün ərzində Günəş fəallığı çox aşağı səviyyədə, Günəş diski ləkəsiz olub. Geomaqnit sahə son 24 saat ərzində ümumən sakitdir.

Proqnoz dövründə də (28 - 30 oktyabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Sonuncu proqnoz günü isə (30 oktyabr) Günəş küləyi parametrlərinin güclənəcəyi gözlənilir.

Proqnoz dövründə (28 - 30 oktyabr) geomaqnit sahədə ümumən sakitlik, lakin qısa fasilələrlə fəal şərait müşahidə oluna bilər. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 10%-dən aşağı qiymətləndirilir.