Bərdədə traktor "Qazel" markalı yük avtomobili ilə toqquşub.

Unikal.org  qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhramtəpa yolunun Bərdə rayonunun Hüseynbəyli kəndində keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Qazel" markalı yük avtomobilin sürücüsü, Tovuz rayon sakini, 1958-ci il təvvəlüdlü Vaqif  Qurban oğlu İbrahimov yüksək sürətlə ötmə əməliyyatı edərkən qarşıdan gələn Bərdə rayon Hacallı kənd sakini Rahib Akif oğlu Məmmədovun idarə etdiyi traktrola toqquşub. Nəticədə "Qazel"in sürücüsü və sərnişini, 1960-cı il təvvəlüdlü Hikmət İsa oğlu Allahverdiyev ağır bədən xəsarətləri alıblar. Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, hazırda hər iki yaralının vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.