Türkiyənin mərkəzində - Saraykent bölgəsindəki Ozan kəndi yaxınlığında 27 nəfərdən çox tələbənin müxtəlif xəsarətlər alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org-un  “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə Akdağmadenindən Yozgat istiqamətində hərəkət edən sərnişin avtobusunun sürücüsünün idarəetməni itirməsi səbəbindən baş verib. 

Xəsarət alan tələbələrin əksəriyyəti Akdağmadeni, Sorgun və Saraykent rayonlarındakı xəstəxanalara çatdırılıb.