Bakıda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Yusifov Seymur Zabit oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol çiynin və kürəyin kəsilmiş-deşilmiş yarası diaqnozları qoyulub. S.Yusifov cərrahi əməliyyat edilib.