Bakının Nizami rayonunda dava düşüb.

Unikal.org-un məlumatına görə, insident “8-ci km” bazarında baş verib. Belə ki, bazarda balıq satışı ilə məşğul olan qadın satıcı ilə kişi alıcı arasında əlbəyaxa dava düşüb. Dava nəticəsində hər iki şəxs müəyyən bədən xəsarətləri alıb. İnsidentin səbəbi isə satıcının bir gün əvvəl həmin alıcıya köhnə balıq satması olub.

Faktla bağlı araşdırma aparılır.