İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadini əvəz edəcək şəxs öldürülüb.

Unikal.org xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Twitter”də bildirib.
Onun sözlərinə görə, əl-Bağdadinin xələfini ABŞ hərbçiləri məhv edib.
“Çox güman ki, o ən yaxşı yeri tutacaqdı. Artıq o da ölüdür!”, - Tramp vurğulayıb.
ABŞ Prezidenti öldürülən terrorçunun adını açıqlamayıb.
Qeyd edək ki, Prezident D. Tramp İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürüldüyünü bəyan edib. İŞİD-in yeni liderinin Abdullah Qardaş olması barədə məlumatlar yayılıb.