Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında Azərbaycan idmançısı Turan Bayramov finalda Yaponiya güləşçisinə 3:2 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.

Unikal.org Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, mübarizəyə 1/8 finaldan qoşulan Turan Bayramov ilk görüşdə kanadalı həmkarını məğlub edib. Həmyerlimiz moldovalı rəqibinə də gücünü göstərərək yarımfinala adlayıb.

Fransa təmsilçisi ilə qarşılaşma gərgin mübarizə şəraitində keçib. T.Bayramov ilk hissəni 0:1 hesabı ilə geridə başa vursa da, ikinci yarıda rəqibi əks-fəndə salaraq qələbə qazanıb.