Türkiyənin Konya vilayətinin Əmirqazi qəsəbəsində yaşayan, cinsiyyətini dəyişdirmək üçün müalicə aldığı deyilən Özləm.K. sevdiyi İ.K. adlı qızı qaçırmağa cəhd edib. Özləm.K buna qarşı çıxan qızın əmisi oğlu Şənol.K.nı tapança ilə qarnından vurub. Bundan sonra Özləm.K.ni polis əməkdaşları nəzarətə götürüb.

Unikal.org Türkiyə KİV-ə istinadən məlumat verir ki, Əmirqazi qəsəbəsində yaşayan və cinsiyyətini dəyişdirmək üçün xəstəxanada müalicə aldığı deyilən Özləm.K, İstanbulda yaşayan sevgilis B.E. vasitəsilə İ.K.nın ailəsi ilə tanış olub. Bir müddət sonra sevgilisi B.E.dən ayrılan Özləm.K İ.K.nı sevməyə başlayıb. Özləm.K Əmiqazidə yaşayan İ.K.nı qaçırdı. Qızlarının qaçırılmasını eşidən ailə üzvləri onun Bəyşəhərdə olduğunu öyrəniblər. Bundan sonra Bəyşəhərə cütlüyün yanına gedən ailə qızlarına təkid edərək onu evlərinə gətiriblər.

Ailə üzvləri Özləm.K.dən polisə şikayət ediblər. Bunu öyrənən Özləm.K.yenidən Əmirqaziyə gedərək İ.K. ilə birgə qaçmaq istəyib. Ailə buna əngəl olmağa çalışanda isə Özləm.K. özü ilə gətirdiyi atasının sənədsiz tapançasını başına dayayaraq “İ.K.nı mənə verin. Özümü öldürərəm”, - deyib. Bu zaman Özləm.K. hadisəyə müdaxilə edən qızın əmisi oğlu Şənol.K.ya 2 dəfə atəş açıb. Qan içində olan Şənol.K. təcili yardımla xəstəxanaya aparılıb. Hadisə zamanı döyülərək zərərsizləşdirilən Özləm.K. tutulub.