İsrailin Azərbaycandakı səfirliyi diplomatik nümayəndəliklərə vəsait ayrılma sisteminin dəyişdirilməsinə dair ölkəsinin Maliyyə Nazirliyinin qərarına qarşı etiraz tətilinə başlayıb.

Səfirlikdən Unikal.org-a daxil olan məlumata görə, İsrail Maliyyə Nazirliyinin 2019-ci iyulun 21-də Baş direktor tərəfindən imzalanmış razılaşmaları pozmaq və son onilliklər ərzində qüvvədə olan protokolun ziyanına olmaqla birtərəfli proseduru işə salmaq qərarına əsasən biz diplomatik nümayəndəliyi bağlamaq məcburiyyətindəyik:

"Konsulluq xidmətləri göstərilmir, səfirliyə heç kəs buraxılmayacaq. Təəssüf ki, Maliyyə Nazirliyinin bu qərarı bizə yuxarıda göstərilən addımlardan başqa, hər hansı yol qoymayıb. Çünki İsrail Dövlətinin həyati mənafeyinə ziyan vurulub. Biz ümid edirik ki, bu böhran yaxın zamanlarda həll ediləcək”.