"Uşaqlıqdan valideynlərimə kömək olmaq üçün canfəşanlıq etmişəm. İndi də öz misiyamı davam etdirirəm. Bir övlad kimi düşünürəm ki, ailənin yükünü daşımaq borcumuzdur. Hər ailəyə bir övladın əli ilə ruzi yetirilir. Bizim ailədə seçilmiş mənəm. 15 yaşımdan işləmişəm, həm də təhsil almışam. İndi isə Allah ruzimi yetirir".

Unikal.org xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə MTV-yə açıqlamasında deyib. Sənətçi ailə qurmaq arzusunu dilə gətirib:

"Ər çörəyi yemək istəyirəm. Bunu hansı qadın istəməz ki... Hamı rahatçılıq istəyir. Müəyyən çətin günlər olur ki,  o qədər yükün üzərində olmağını istəmirsən. O zaman düşünürsən ki, kaş evimdə oturub, ər çörəyi yeyərdim. Mənə indi bu yazılıb, belə yaşayıram. Bundan sonra bəlkə, ər çörəyi yeyəcəm... Demək ki, mənim öhdəçiliyim, sınağım budur".