Xətai rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən əcnəbi vətəndaş D.Qoqiçaişvili Baş Cinayət Axtarış İdarəsi və Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, aparılmış tədbirlərlə onun daha dörd evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.