Türkiyə Böyük Millət Məclisi ABŞ-ın Nümayəndələr palatasının qondarma “erməni soyqırımı”na dair qərarını pisləyən, rədd edən və hüquqi qüvvədən düşməsini bildirən qətnamə qəbul edib.

Unikal.org  bu barədə AA-ya istinadən xəbər verir.

"ABŞ-ın Nümayəndələr palatasının bir sıra dairələrin qondarma erməni soyqırımı iddiaları ilə bağlı gündəmə gətirdiyi söz-söhbətlərə sahib çıxmasını, ağıl və vicdan sahibi üzvlərinin etirazlarına baxmayaraq, bir qərar olaraq rəsmiləşdirməsini Türkiyə parlamenti adından qətiyyətlə qınayır və rədd edirik", - sənəddə qeyd olunub.

Əvvəlki illərdə də Nümayəndələr palatası tərəfindən buna bənzər təşəbbüslərin irəli sürüldüyünü, lakin səsvermə zamanı indiki kimi düşməncəsinə özünü büruzə vermədiyini qeyd edən sənəd müəllifləri sözügedən qətnaməni tarixi gerçəkliyi təhrif etmək cəhdi kimi dəyərləndiriblər.