ABŞ və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Terrorizmin Maliyyəsinin Aşkarlanması Mərkəzi İranla əlaqəli 21 qurumu və 4 nəfəri sanksiya siyahısına əlavə edib.

Unikal.org xarici mediaya istinadən  xəbər verir ki, həmin qurum və şəxslərin SEPAH-ı və Livandakı Hizbullah təşkilatını dəstəklədikləri bildirilib.

Siyahıya daxil edilənlərin maliyyə vəsaitlərinə həbs qoyulacaq və hər hansı əməliyyatın aparılmasına qadağa qoyulacaq.