Pakistanda sərnişin qatarında baş verən yanğın nəticəsində 62 nəfər ölüb.

Unikal.org-un məlumatına görə, qatar Pəncab əyalətinin cənub hissəsinə yola düşərkən yanğın baş verib. Qaz balonunun partlaması nəticəsində meydana gələn alov qatarın üç vaqonunu külə çevirib.

Hadisə yerinə çoxlu sayda xilasedici və təcili yardım briqadaları cəlb edilib. Yaralılar xəstəxanalara yerləşdirilib. Yaralıların vəziyyətinin ağır olması səbəbindən ölənlərin sayının artacağı istisna edilmir.