Sumqayıt şəhər Polis İdarəsi 1-ci və 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 29-da xətt avtobusunda şəhər sakini Ü.Abdullayevanın içərisində pul və sənəd olan cüzdanını oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş E.Adıgözəlov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, ətrafında aparılan tədbirlərlə onun “BMW” markalı avtomobildən içərisində 750 manat, 110 dollar, bank kartı və telefon aksesuarları olan çanta oğurlaması da müəyyən edilib.

Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinin əməkdaşları T.Məmmədovanın çantasından 160 manat və sənəd oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş V.İsmayılovu saxlayıblar.